veten informasiya agentliyi

Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib — Ən çox nəyə?

Tarix:18-10-2019, 10:23
Baxış Sayı:583

Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib — Ən çox nəyə?

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,0 faiz üstələyərək 27,6 milyard manata bərabər olub.
Ticarət dövriyyəsinin 13 milyard 947,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 630,3 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 faiz və 3,3 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,9 faizi ticarət müəssisələri, 49,7 faizi fərdi sahibkarlar tərəfindən, 29,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9 faiz, fərdi sahibkarlar üzrə 0,6 faiz artmış, bazar və yarmarkalarda isə 6,3 faiz azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?