veten informasiya agentliyi

“Zaminbank”ın filial müdiri mənimsəmədə suçlanır- daha əvvəl nazirlikdə çalışıb

Tarix:25-09-2019, 12:30
Baxış Sayı:641

“Zaminbank”ın filial müdiri mənimsəmədə suçlanır- daha əvvəl nazirlikdə çalışıb

“Zaminbank”ın filial müdiri və onun işçiləri hakim qarşısına çıxarılıb. Təqsirləndirilən şəxslər çalışdıqları bankın külli miqdarda pulunu mənimsəməkdə ittiham edilirlər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarında yazılır ki, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər “Zaminbank”ın “Sumqayıt” filialının müdiri olub. İki ali təhsili olan İlyasov ailəlidir.

O, “Zaminbank”dan əvvəl Maliyyə Nazirliyində çalışdığını deyib.

Təqsirləndirilən şəxslərdən Anar Osmanovun orta təhsilli olduğu, bankın xəzinə şöbəsinin müdiri vəzifəsində çalışdığı məlum olub.

Ali təhsilli, ailəli və üç övladı olan təqsirləndirilən Anar Həsənov isə bankın kredit şöbəsinin əməkdaşı olub.

Təqsirləndirilənlərdən Zərifə Abıyeva da bankın əməkdaşı olub.

İş üzrə zərərçəkmiş tərəf- “Zaminbank”ın nümayəndəsi də məhkəmə iclasında iştirak edib.

Onların hər biri ev dustaqlığındadır.

Məhkəmədə hakim Anar Osmanova xəbərdarlıq edib. Çünki o ötən məhkəmə iclasına gəlməyib. Səbəb kimi isə avtomobil qəzasına düşdüyünü deyib. Məhkəmə bunu bəhanə kimi qiymətləndirib.

Hakim Anar Osmanova xəbərdarlıq edib ki, belə hal təkrar edilərsə, onun barəsindəki qətimkan tədbiri dəyişdirilə və həbs edilə bilər.

Anar Osmanov üzrxahlıq edərək bir daha gecikməyəcəyini deyib.

Məhkəmənin baxış iclası oktyabrın 3-nə tətin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?