veten informasiya agentliyi

Azərbaycanda iki bankın filialları bağlandı

Tarix:14-03-2017, 13:56
Baxış Sayı:950

Azərbaycanda iki bankın filialları bağlandı

















Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin "İnşaatçılar" filialı və "Muğanbank" ASC-nin "Biləsuvar" filialına verilmiş icazələr ləğv edilib.

MBNP-dən verilən məlumata görə, Palatanın Direktorlar Şurasının iclasında "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən "İnşaatçılar" filialının bağlanması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb "Yapı Kredi Bank Azərbaycan" tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

İclasda, həmçinin "Muğanbank" ASC-nin "Biləsuvar" filialının icazəsinin ləğv edilməsinə dair müraciətinə baxılıbr. Sözügedən filialın bağlanmasına səbəb olaraq filialın fəaliyyətinin rentabelli olmaması, pərakəndə biznes məhsullarının satışına yönəlmiş müştəri axınının azalması və həmin ərazilərdə cəlb ediləcək korporativ müştərilərin fəaliyyətinin azlıq təşkil etməsi olub.


Direktorlar Şurası "Banklar haqqında" qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin "İnşaatçılar" filialına Mərkəzi Bank tərəfindən verilmiş 19.02.2015-ci il tarixli №243/17 saylı icazəni və "Muğanbank" ASC-nin "Biləsuvar" filialına 30.05.2012-ci il tarixli №29/28 icazəni ləğv edib.


///trend

İranda ballistik raketlərin hazırlanması təklif edilib
İranda ballistik raketlərin hazırlanması təklif edilib
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Azərbaycanda boşanmaların ən çoxu 10–19 illik nikahlarda qeydə alınır
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Moskvadan İrəvana xəbərdarlıq ardınca xəbərdarlıq: Tədbir görmək istəmirik, amma...
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
Ondan çox ölkə tələb edir: Rusların Avropaya axınının qarşısını alın
​Avropa Parlamenti "Google”dan imtina etdi
​Avropa Parlamenti
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
SON DƏQİQƏ! Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
DİM imtahan verəcək abituriyentlərlə bağlı məlumat yaydı
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı