veten informasiya agentliyi

Agentlikdən sahibkarlara və vətəndaşlara — MÜRACİƏT

Tarix:29-03-2019, 12:10
Baxış Sayı:557

Agentlikdən sahibkarlara və vətəndaşlara — MÜRACİƏT















Hazırda Azərbaycanda qida zənciri boyu məhsulların izlənilməsini, istehlakçıların və sahibkarların hüquqlarının qorunmasını özündə əks etdirən risk əsaslı yeni nəzarət sistemi qurulur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, bu istiqamətdə effektiv nəticələrin əldə olunması üçün hər bir vətəndaşın prosesdə iştirakı və həyata keçirilən tədbirlərə, tətbiq olunan yeniliklərə obyektiv münasibəti xüsusi əhəmiyyət daşıyır.

"Çünki qurulan yeni qida təhlükəsizliyi sistemi bu sahəyə ictimai marağı, vətəndaş mövqeyini və iştirakını tələb edir. Təbii ki, ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən islahat xarakterli tədbirlər bu sahədə uzun illərdən bəri insanların təhlükəsizliyi və gələcək nəsillərimizin sağlamlığı bahasına qanunsuz olaraq külli miqdarda gəlir əldə etmiş müəyyən şəxslər tərəfindən heç də xoş qarşılanmır. Ancaq əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində Agentlik tərəfindən aparılan yoxlama nəzarət tədbirləri zamanı aşkar olunan qanunsuz hallara qarşı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçirilir", agentlikdən bildirilib.
Agentlik qida sahəsində həyata keçirilən nəzarət tədbirlərində şəffaflığın və effektivliyin daha da artırılması üçün sahibkarları və vətəndaşları prosesdə aktiv iştirak etməyə dəvət edir.

Agentliyin əməkdaşları tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən yoxlama-nəzarət tədbirləri, baytarlıq və fitosanitariya nəzarəti, idxal-ixrac proseslərində sənədləşmə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı zamanı sahibkar və ya hər hansı bir vətəndaş tərəfindən qanunsuz hal müşahidə olunarsa, bununla bağlı hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Qida sahəsində qanunsuz fəaliyyətlərin və pozuntuların vaxtında və operativ şəkildə qarşısının alınması üçün bir daha vətəndaşları prosesdə aktiv iştirak etməyə və neqativ hallarla bağlı Agentliyin 1003 “Qaynar xətt”inə və ya aidiyyəti üzrə hüquq mühafizə orqanlarına məlumat verməyə çağırırıq.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi