veten informasiya agentliyi

"Ölkəmdən Azərbaycana energetik içkilər gətirilir" — Macarıstan səfiri

Tarix:3-01-2019, 12:33
Baxış Sayı:565

"Ölkəmdən Azərbaycana energetik içkilər gətirilir" — Macarıstan səfiri














Macarıstan ənənəvi Azərbaycan məhsullarının Avropada satışına imkan yarada bilər.
Bunu Trend-ə açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.

Səfir bildirib ki, Macarıstan Avropa İttifaqı bazarlarına çıxmaq üçün Azərbaycan biznesinə kömək edə bilər:

"Məhz müəssisələrin yaradılması üçün imkanlar, həmçinin ənənəvi Azərbaycan məhsullarının satışı üçün bazar təqdim edə bilər".

Diplomat vurğulayıb ki, Macarıstan Azərbaycana nəqliyyat, şəhərsalma, enerji təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahələrində, eləcə də qida sənayesində yeni texnologiyalar və hazır həllər təklif edir:

"Bu yaxınlarda Azərbaycanın Xızı rayonunda birgə kənd təsərrüfatı layihəsinin reallaşdırılmasına başladıq. Burada Macarıstanın İxrac-İdxal Bankının maliyyə dəstəyi ilə müasir istixana kompleksi tikəcəyik".
V.Sederkenyi deyib ki, Azərbaycan Macarıstanın Cənubi Qafqazda əsas xarici ticarət tərəfdaşıdır:

"Bununla belə, qarşılıqlı əmtəə dövriyyəsinin cari səviyyəsi nə iqtisadi əməkdaşlığımızın potensialını, nə də ikitərəfli siyasi münasibətlərimizin strateji və dostluq xarakterini əks etdirir".

O əlavə edib ki, 2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 2016-cı illə müqayisədə 8 faiz artaraq 47 milyon dollar təşkil edib:

"2018-ci ilin ilk 8 ayında müsbət tendensiyalar davam edib: Macarıstan məhsullarının ixracı Azərbaycana 34 faiz artaraq 42 milyon dollara çatıb. Macarıstandan Azərbaycana əsasən əczaçılıq preparatları, "Hell" energetik içkiləri, aqrar texnologiyalar, maşın və avadanlıqlar, qida məhsulları ixrac olunur".

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi