veten informasiya agentliyi

Bu, Azərbaycana qarşı təxribatdır” – SOCAR

Tarix:7-12-2018, 11:15
Baxış Sayı:552

Bu, Azərbaycana qarşı təxribatdır” – SOCAR














SOCAR Gürcüstan vətəndaşlarının borclarının ödənilməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada bunun şayiə və Azərbaycana qarşı təxribat olduğu bildirilir. “SOCAR olaraq bildiririk ki, Gürcüstan vətəndaşlarının banklara olan borclarının SOCAR tərəfindən ödənməsi ilə bağlı yayılan məlumatlar Azərbaycanın düşmənlərinin yaydığı şayiədir, təxribat və yalandan başqa bir şey deyil. Uzun illərdir qonşu Gürcüstanda fəaliyyət göstərən SOCAR başqa şirkətlər kimi ödədiyi qanuni vergilərdən başqa Gürcüstan dövlətinə və vətəndaşlarına heç bir ödəmə etmir və onların qarşısında heç bir öhdəlik daşımır.

Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla ölkəmiz üçün əlavə gəlir gətirir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə Vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən il SOCAR-ın ümumi gəlirlərinin 90%-dən çoxunu təşkil edib. Təbii ki, SOCAR-ın əldə etdiyi bu nailiyyətlər Azərbaycan xalqının düşmənlərini heç də sevindirmir və onlar ölkə daxilində asayişi pozmaq və təxribat yaratmaq məqsədi ilə bu şayiələri yaymaqla məşğuldurlar”.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi