veten informasiya agentliyi

Naxçıvanda xizək mərkəzi tikilir

Tarix:6-12-2018, 13:20
Baxış Sayı:605

Naxçıvanda xizək mərkəzi tikilir
















Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya layihə üzrə görülən işlər barədə ona məlumat verib.

Qeyd olunub ki, Ağbulaq kəndi dağ-xizək turizminin inkişafı baxımından ideal yerdir. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb və tikinti işlərinin 80 faizi başa çatdırılıb. 1590 metr uzunluğundakı xizəksürmə zolağında və təlim meydançasında torpaq işləri görülüb. Hazırda kanat dayaqlarının, 20 min kubmetr tutumu olan süni gölün, qaraj binasının, süni qar qurğuları üçün su və hava xəttinin qazma işləri davam etdirilir.

Ərazidə texniki bina da inşa olunacaq, xizəksürmə ləvazimatlarının satışı və kirayəsi həyata keçiriləcək.

V. Talıbov tikinti işlərinin keyfiyyətlə aparılması və təhlükəsizlik qaydalarına əməl olunması barədə tapşırıqlar verib.

Naxçıvanda xizək mərkəzi tikilirNaxçıvanda xizək mərkəzi tikilir

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi