veten informasiya agentliyi

Ölənlərin krediti ümidsiz sayılacaq — YENİ QAYDA

Tarix:1-12-2018, 13:09
Baxış Sayı:563

Ölənlərin krediti ümidsiz sayılacaq — YENİ QAYDA
















Banklarda istehlak kreditlərinin qaytarılması 0-30 gün gecikdikdə qənaətbəxş, 31-90 gün gecikdikdə nəzarət altında olan, 91-120 gün gecikdikdə qeyri-qənaətbəxş sayılacaq.
Fed.az xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi və gələn il mayın 29-da qüvvəyə minəcək "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"nda əksini tapıb.

İstehlak kreditinin qaytarılması 121-150 gün gecikdirildikdə təhlükəli, 150 gündən artıq gecikdirildikdə isə ümidsiz sayılacaq.

Aşağıdakı hallarda istehlak kreditləri yerləşdirildiyi anda qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir:

- borcalanın son 6 ay ərzində vaxtı keçmiş krediti olduqda;

- borcalanın və ya birgə borcalanlar qrupu üzvlərinin gəlirlərinin cəmi və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən aşağı olduqda (bu Qaydalara 1 saylı Əlavədə müəyyən edilmiş qaydada hesablanır);
- həyatın yığım sığortası əsasında verilmiş kreditlər istisna olmaqla müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi 90 gündən çox olduqda;

- borcun gəlirlərə nisbəti əmsalı 45%-dən artıq olduqda:

Sonuncu halla bağlı istisnalar da var. Bura xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə kreditin təminata olan nisbəti (KTN əmsalı) 90%-dən çox olmadığı, milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və banka girov (saxlanc) qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadığı və milli valyutada istehlak kreditləri üzrə təminat qismində banka girov (saxlanc) qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadığı hallar daxildir.

Borcalan vəfat etdikdə, Mülki Məcəllədə müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borcalanı tapmaq mümkün olmadıqda ("Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda) istehlak krediti ümidsiz aktiv kimi təsnifləşdiriləcək.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi