veten informasiya agentliyi

İqtisadçılardan hökumətə çağırış: neft ölkəni 4 il əvvələ qaytarır - Analiz

Tarix:30-11-2018, 11:54
Baxış Sayı:701

İqtisadçılardan hökumətə çağırış: neft ölkəni 4 il əvvələ qaytarır - Analiz















Neftin qiymətində ucuzlaşma müşahidə olunur

Cahan.İnfo-nun İqtisadiyyat Şöbəsi təhlil edib ki, 2019-cu il üçün Azərbaycan büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi məqsədəuyğundur.

Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlilərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər.

Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil.

İqtisadçı Vüqar Bayramov feysbukda yazıb ki, hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da belə il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür.

Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır.Beləliklə, neft bazarı ilin son ayında heç də nikbin əhval-ruhiyyə ilə yaxınlaşmır.

İqtisadçı Qubad İbadoğlu isə yazıb ki, dünya bazarında neftin gələn ildən sürətlənən qiymət enişi Azərbaycan üçün yaxşı perspektiv vəd etmir:
“Artıq dünya bazarında cari qiymət büdcədə götürülən 1 barel 60 dollar həddindən aşağıdır.

Hazırda Brent markalı neftin dünya bazar qiyməti 58 dollardır. Təbii ki, bu büdcədə neftin qiymətinə yenidən baxılmasına zərurət yaradır. Fikrimcə, növbəti ilin büdcəsi üçün adekvat qiymət 40 dollar götürülməlidir.

Hətta qiymət o səviyyədə ucuzlaşmasa da xarici şoklardan sığortalanmaq üçün büdcədə neftin qiyməti aşağı salınmalıdır.

Neftin qiymətinin ucuzlaşması icmal büdcənin gəlirlərinə də təsirsiz ötüşmür. Odur ki, Dövlət Neft Fondunun büdcə gəlirlərinin aşağı salınmalı və icmal büdcənin bu mənbədən gəlirinə də düzəliş olunmalıdır.

Neftin dünya bazar qiymətinin ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinin azalmasını, tədiyyə balansında kəsirin yaranmasını şərtləndirir ki, bu da orta və uzunmüddətli dövrdə manatın dollara nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək”

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi