veten informasiya agentliyi

Dollar ucuzlaşacaq – PROQNOZ

Tarix:20-11-2018, 10:19
Baxış Sayı:466

Dollar ucuzlaşacaq – PROQNOZ















Dünyanın və ABŞ-ın aparıcı investisiya bankı – “Goldman Sachs” gələn ildən ABŞ dollarının ucuzlaşacağını proqnozlaşdırır.

Oxu.Az xəbər verir ki, bankın mütəxəssislərinin fikrincə, ola bilər ki, ABŞ dolları 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində bir qədər yüksəlsin, çünki ən azı Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldıracağı gözlənilir.

Ümumilikdə isə mənfi faktorlar nəticəsində dolların ucuzlaşması ehtimalı daha yüksəkdir. “Goldman Sachs” hesab edir ki, 2019-cu ildə avronun bahalaşması daha çox gözlənilir, lakin burada rol oynayan yeganə mənfi amil İtaliya büdcəsidir. Analitiklər bahalaşmaqda olan funt sterlinqə də diqqət çəkməyi məsləhət görüblər.

Qeyd edilib ki, Latın Amerikası ölkələrinin milli valyutaları 2019-cu ildə inkişaf etməkdə olan digər ölkələrin milli pul vahidlərinə nisbətən daha güclü mövqeyə malik olacaqlar.

“Kanada, Avstraliya və Yeni Zelandiya dollarının, İsveç kronunun və İsrail şekelinin qısa müddətdə dəyər qazanması da mümkündür”, – deyə proqnozda qeyd olunub.

2019-cu il üzrə proqnoz:

Valyuta nisbətləri

3 aylıq proqnoz

6 aylıq proqnoz

EUR/USD

1,12

1,17

GPB/USD

1,32

1,38

AUD/USD

0,75

0,75

NZD/USD

0,70

0,71

USD/CAD

1,27

1,26

USD/JPY

112

110

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?