veten informasiya agentliyi

Ələt-Astara-İran yolu nə vaxtdan pullu olacaq?

Tarix:17-11-2018, 11:09
Baxış Sayı:571

Ələt-Astara-İran yolu nə vaxtdan pullu olacaq?















”Gələn ildən etibarən yeni salınan Ələt-Astara-İran sərhəddi avtomobil yolu ödənişli olacaq”.

“Xəzər TV” xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov qurumun yaranmasının 100 illiyi münasibəti ilə keçirilən tədbirdə deyib. Artıq yolda ödəniş edilməsi üçün turniketlərin sifarişi də verilib.

Saleh Məmmədov qeyd edib ki, tikinitisi davam edən Bakı-Rusiya sərhədinə qədər olan avtomobil yolunun da ödənişli olması planlaşdırılır.

Qurumun rəhbəri, hazırda əsaslı şəkildə yenidən qurulan Babək prospektinin istifadəyə veriləcəyi tarixi də açıqlayıb. Qeyd edib ki, Babək prospektində işlərin əsas hissəsi yekunlaşıb. Hazırda prospektdə 1 kilometrlik məsafədə asfaltlanma işləri qalıb.

Saleh Məmmədov, hazırda Bakıda tikintisi davam edən digər yeni yollarda aparılan işlərlə bağlı da məlumat verib.

Bundan başqa, gələn ildən Gəncədən “Qırmızı körpü”yə qədər olan yolun ikinci texniki dərəcədən 1-ci texniki dərəcəli yol kimi təkmilləşdirilməsi nəzərdə tutulub. Həmçinin Ucar- Zərdab-Ağcabədi və Biləsuvar-Bəhramtəpə yolları da yenidən qurulacaq.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?