veten informasiya agentliyi

Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq

Tarix:10-11-2018, 09:45
Baxış Sayı:510

Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana qədər uzadılacaq














Türkiyənin Qars şəhəri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu xəttinin tikintisi üzrə işlər başlayıb.

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfirin sözlərinə görə, bu istiqamətdə işlər Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində aparılır:

“Biz Qarsa tikintisi davam etdirilən logistik mərkəz qismində baxırıq. İşlərin indi hansı mərhələdə olduğunu deməyə çətinlik çəkirəm, lakin böyük ehtimalla yaxın iki ildə başa çatacaq. Hazırda Bakı-Tbilisi-Qars layihəsinin davam etdirilməsi işləri görülür. Söhbət dəmir yolunun Qarsdan Naxçıvana uzadılmasından gedir və bu istiqamətdə işlər artıq başlayıb”.

Diplomat qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyəni Avropa ilə bağlayan hissədir:

“Hazırda BTQ ilə Qazaxıstandan Mersin limanına yükdaşıma həyata keçirilir. Bəzi yüklər Rusiyadan Türkiyə və Avropaya tədarük olunur. Gələcəkdə yükdaşıma həcminin nə qədər olacağını dəqiq demək çətindir, lakin deyə bilərəm ki, bütün potensialdan istifadə olunacaq”.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi