veten informasiya agentliyi

Dizellə işləyən avtomobillərə qadağa: Maşınlar ucuzlaşacaq?

Tarix:3-11-2018, 12:48
Baxış Sayı:552

Dizellə işləyən avtomobillərə qadağa: Maşınlar ucuzlaşacaq?














Almaniya Ali Məhkəməsi dizel avtomobillərinin qadağan edilməsinə icazə verib.

Artıq ölkənin bir neçə böyük şəhərlərində qadağa tətbiq olunub. Bu qərar Avropanın ən böyük avtomobil bazarı sayılan Almaniyada dizel avtomobillərinin qiymətinin enməsinə və avtomobillərə tələbatın dəyişməsinə ciddi təsir edəcək.

Maraqlıdır, Almaniya maşınlarının daimi müştəriləri olan azərbaycanlı avtomobil həvəskarları bu qərardan bəhrələnə biləcəklərmi? Ucuzlaşma ölkəmizin maşın bazarına necə təsir edəcək?

Nəqliyyat eksperti Ərşad Hüseynov bu haqda sualları cavablandırıb:

“Qərarın Azərbaycana cüzi təsiri ola bilər. Almaniyada dizellə çalışan maşınların istifadəsinə qadağa tədricən həyata keçiriləcək. Ölkənin daxili bazarı üçün istehsal yığışdırılacaq, daha sonra həmin avtomobillər digərləri ilə əvəzlənəcək. Ehtimal var ki, hazırda Almaniyada istifadəsinə qadağa qoyulan dizellə işləyən avtomobillər nisbətən ucuz qiymətə satıla bilər. Həmin maşınların bir hissəsi Azərbaycana gəlib çıxa bilər. Lakin avtomobillərin idxal olunması zamanı əsas xərclər var ki, bunlar da gömrük rüsumları, aksiz və eyni zamanda əlavə dəyər vergisidir. Bu xərclər qiymətə əhəmiyyətli dərəcədə təsir etməyəcək. Tutalım 15 min avroluq avtomobilin qiyməti öldürülüb, 5 min avroya salınacaqsa, bu gömrük rüsumlarına 15 faiz təsir edəcək. Bu da o qədər böyük rəqəm olmayacaq”.



Yenicag.az

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi