veten informasiya agentliyi

Məcburi köçkünlərə güzəşt – Qanunlara bununla bağlı dəyişiklik edilir

Tarix:2-10-2018, 09:21
Baxış Sayı:538

Məcburi köçkünlərə güzəşt – Qanunlara bununla bağlı dəyişiklik edilir














Oktyabrın 1-də Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, komitə sədri Eldar İbrahimov iclasın gündəliyini təqdim edib.

Əvvəlcə “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, sənəddə edilməsi nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

İclasda, həmçinin “Fitosanitar nəzarəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilib. Dəyişikliyə əsasən Qanuna 34.5-ci maddə əlavə edilir. Maddədə deyilir:

“Bu Qanun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”.

Daha sonra “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb.

Dəyişikliklərə əsasən, “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsinə “Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir” məzmunlu ikinci hissə əlavə edilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Qanunun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.

İclasda, həmçinin “Baytarlıq haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə də baxılıb.

Qazın qiyməti UCUZLAŞDI
Qazın qiyməti UCUZLAŞDI
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
İranlı futbolçulara ABŞ vizası verilib
İranlı futbolçulara ABŞ vizası verilib
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
Trampdan İrana sərt mesaj
Trampdan İrana sərt mesaj
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
Azərbaycanda doğum böhranı dərinləşir - 5 ildən sonra bizi nə gözləyir?
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdi
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?
ABŞ mayda Hörmüz boğazından neçə gəminin keçməsinə kömək edib?