veten informasiya agentliyi

Millimizdən zəif nəticə: “Brilyant oğlan” finalda uduzdu

Tarix:17-09-2018, 09:37
Baxış Sayı:583

Millimizdən zəif nəticə: “Brilyant oğlan” finalda uduzdu















Dünya Karate Federasiyasının (WKF) Karate1 Premyer Liqa turnirinin Berlin mərhələsi başa çatıb.

Nüfuzlu turnirin son yarış günü milli komandamızın üzvləri dörd medal uğrunda mübarizə aparıb.

Final görüşlərində Rafael Ağayev (75 kq) Yusey Sakiyama (Yaponiya) ilə, İrina Zaretska (68 kq) isə Eda Eltemurla (Türkiyə) qarşılaşıb. Hər iki idmançımız rəqibinə üç xal fərqi ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Belə ki, “Brilyant oğlan” 3:6, ukraynalı legionerimiz isə 4:7 hesabı ilə uduzub.

Bürünc medal matçlarında isə Firdovsi Fərzəliyev (60 kq) Qeysərr Alpisbayla (Qazaxıstan), Şahin Atamov (+84 kq) Yonatan Hörne (Almaniya) ilə görüşüb. Firdovsi 2:0 qalib gələrək bürünc medala sahib çıxıb. Şahin isə hakimlərin yerli idmançıya qarşı simpatiyası nəticəsində 0:7 hesabı ilə uduzub.

Beləliklə, 15 idmançımızın qatıldığı Premyer Liqa yarışından millimiz üç medalla (iki gümüş və bir bürünc) qayıdır. Xatırladaq ki, bu yarış Tokio-2020-yə ilk lisenziya balları verirdi.

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO
Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO
"Ford" bir milyondan çox avtomobilini geri çağırır - SƏBƏB
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək