veten informasiya agentliyi

Millimizin sabiq üzvü ukraynalı boksçuyla döyüşməkdən qorxub

Tarix:22-08-2018, 12:55
Baxış Sayı:598

Millimizin sabiq üzvü ukraynalı boksçuyla döyüşməkdən qorxub















Boks üzrə millimizin sabiq üzvü Albert Səlimov peşəkar rinqdə ukraynalı Vasili Lomaçenkoya qarşı döyüşməkdən imtina edib.

Oxu.Az xəbər verir ki, Dağıstandan olan 32 yaşlı Səlimov üç dəfə qarşılaşdığı (birində qalib gəlib, son iki görüşündə uduzub) Lomaçenkoyla görüşüb uduzmaqdan çəkindiyini dilə gətirib:

“2015-ci ildə Azərbaycan adından Olimpiadaya lisenziya qazananda, mənə ABŞ-dan zəng etmişdilər və ciddi müqavilə təklif etmişdilər. Demişdilər ki, bir tərəfdə Lomaçenko, digər tərəfdə isə sən olacaqsan. Həvəskarlar arasında bizim qarşıdurmamızı peşəkar rinqdə davam etdirmək istəyirdilər. Ancaq mən imtina etdim. Çünki Olimpiya medalı qazanıb karyeramı bitirmək istəyirdim. İndi isə böyük pullara görə rinqə çıxıb rüsvay olmaq istəmirəm. Boksla məşğul olduğum kifayətdir”.

Qeyd edək ki, milliyyətcə ləzgi olan Albert Səlimov əvvəl Rusiya adından çıxış edib və bir dəfə dünya, iki dəfə Avropa çempionluğu yaşayıb, bir dəfə isə Dünya Kubokunun qalibi olub. O, Azərbaycan adından dünya çempionatında gümüş, Bakıda keçirilmiş Avropa Oyunlarında isə qızıl medal qazanıb. 2016-cı il Olimpiadasında qızıl ümidimiz olan sabiq “Baku Fires” komandasının üzvü gözlənilmədən 1/4 finalda fransalı idmançıya yenilərək medal qazana bilməyib. Bununla da o, həvəskar boksda karyerasını bitirdiyini açıqlayıb.

30 yaşlı Vasili Lomaçenko isə ikiqat Olimpiya, ikiqat dünya və birqat Avropa çempionudur. Hazırda ukraynalı idmançı karyerasını peşəkar boksda davam etdirir.

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi