veten informasiya agentliyi

Qış olimpiadasında növbəti uğursuzluq - Yeganə idmançımız finişə çata bilmədi

Tarix:22-02-2018, 12:24
Baxış Sayı:678

Qış olimpiadasında növbəti uğursuzluq - Yeganə idmançımız finişə çata bilmədi














Azərbaycan yığması Qış Olimpiya Oyunlarında növbəti uğursuzluğa düçar olub.

AZTB.info-nun Apasport.az-a istinadən məlumatına görə, Pxenxçanda təşkil edilən XXIII "Ağ Olimpiada”da yeganə təmsilçimiz Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında finişə çata bilməyib.

Əslində, bu nəticə bizim üçün adi haldı. Çünki ölkəmiz Yay Olimpiya Oyunlarından fərqli, Qış Olimpiya Oyunlarına yarışın yaradıcısı Pyer de Kubertinin Olimpiya şüarını əsas götürərək gedir. Yəni əsas məqsəd medal qazanmaq deyil, iştirakdı.

Braxnerin də finişə çatmaması yığmamız üçün ənənəvi hala çevrilib. Hələ 20 il əvvəl "Ağ Olimpiada”da debüt edən Azərbaycanın dağ xizəkçiliyində startı uğursuz alınmışdı. Naqanoda təşkil olunan yarışda ölkəmizi təmsil edən gürcüstanlı Elbrus İsakov Oyunlara turist kimi getdiyini ortaya qoymuşdu. O, yarış ərəfəsində "xəstələnmişdi” və starta çıxmamışdı.

İsakov 4 il sonra da heç nə ilə yadda qalmamışdı. Solt-Leyk-Sitidə starta çıxan idmançı finişə çata bilməmişdi. Bu "ənənə” növbəti Oyunlarda da davam edib. Qaya Bassani Antivari Azərbaycan adından yollandığı 2 Olimpiadadan birində yarışa qatılmayıb, digərində cəhdini yarımçıq bitirib. O, mübarizə apardığı 4 yarışda yalnız nəhəng slalomda 57-ci olub.

Azərbaycan adına yarışan Sedrik Nots da çıxışlarından birini vaxtından əvvəl bitirib. Braxner isə ikinci cəhdində 4 yarışdan yalnız 1-də finişə çatıb. Bu da nəhəng slalomdu ki, həmin mübarizəyə Pxençxanda qatılmadı. Bəhanə kimi Soçidə uğursuzluğa düçar olduğu slaloma daha yaxşı köklənməsini göstərdi. Amma statistikaya nəzər salsaq, Azərbaycan indiyə qədər bu idman növündə finiş axtarışındadı. Slalomda bütün xizəksürənlərimiz yolda qalıblar.

Ümumi götürsək, ölkəmizi təmsil edən 4 legioner Qış Olimpiya Oyunlarında 5-ci cəhdimizdə 8-ci dəfə hansısa yeri belə tuta bilməyib. Onlardan 3-də starta çıxmamışıqsa, 5 dəfə finişi tapmamışıq. Bir sözlə, kimlər üçünsə "Ağ” olan yarış, Azərbaycan üçün "Qara Olimpiada”dı desək, səhv etmərik.

İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ - "Səni elə basdıracaqlar ki..."
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ -
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var