veten informasiya agentliyi

"Qarabağ"ın hücumçusuna 1 milyon avroluq — TƏKLİF

Tarix:14-12-2017, 13:19
Baxış Sayı:829

"Qarabağ"ın hücumçusuna 1 milyon avroluq — TƏKLİF















"Qarabağ"ın futbolçusu Dino Ndlovu Çinin "Hançjou Qrintaun" klubuna keçə bilər.
"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, hazırda iki klub arasında danışıqlar gedir.

CAR (Cənubi Afrika Respublikası) yığmasının hücumçusu Azərbaycan təmsilçisinin heyətindəki çıxışları ilə diqqəti cəlb edib. O, "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub və komandaya Danimarka "Kopenhagen"i ilə "play-off" mərhələsinin cavab görüşündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıran qolun müəllifi olub.

Onun xidmətləri diqqətdən kənarda qalmayıb. Çin klubu 27 yaşlı forvardın transferi üçün "Qarabağ"la müzakirələrə başlayıb. Sayt yazır ki, Ndlovudan ötrü Ağdam klubuna 1 milyon avro təklif olunub.

Qeyd edək ki, "Hançjou Qrintaun" hazırda Çin I Liqasında çıxış edir. Bu komandada 2008-ci ildə "Neftçi"nin və hazırkı "Keşlə"nin (keçmiş "İnter" klubu) sabiq yarımmüdafiəçisi Slavço Georgiyevski də forma geyinib. Dino Ndlovu İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində Azərbaycanda "ilin əcnəbi idmançısı" nominasiyası üzrə qalib kimi ötən gün mükafatlandırıb.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır