veten informasiya agentliyi

Millimizin yeni baş məşqçisi: Qurban Qurbanov...

Tarix:1-11-2017, 13:44
Baxış Sayı:847

Millimizin yeni baş məşqçisi: Qurban Qurbanov...














AFFA-nın Robert Prosineçki ilə başa çatan müqaviləni yeniləməməsindən sonra yığmamızın baş məşqçisinin kim olacağı maraqla gözlənilir.

Yenicag.az xəbər verir ki, noyabrın 3-də AFFA-nın İcraiyyə Komitəsinin keçiriləcək iclasında baş məşqçi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq. Aydın məsələdir ki, assosiasiya rəhbərliyi bu dəfə yerli məşqçiyə etimad götərəcək. Bu durumda isə ən layiqli namizəd Qurban Qurbanovdur.

Bizdə olan məlumata görə, AFFA rəhbərliyi ilə Qurban Qurbanov arasında iclasdan öncə görüş keçiriləcək. Görüş zamanı “Qarabağ”ın baş məşqçisinin yığmanın “sükanı arxası”na keçməsi üçün razılığı alınacaq. Mənbə onu da bildirir ki, Qurbanovun özü də hər iki cəbhədə mübarizə aparmağa razıdır. Onun yığmamızın yeni baş məşqçisi olacağı böyük ölçüdə həll olunub. Çünki AFFA rəhbərliyi də bilir ki, indiki durumda Qurban Qurbanovdan başqa müasir futbolla ayaqlaşan, məhdud imkanlarla da uğur qazana bilən ikinci bir namizəd yoxdur.

Maraq üçün onu da bildirək ki, Qurban Qurbanov eyni zamanda İcraiyyə Komitəsinin üzvüdür.

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı