veten informasiya agentliyi

Robert Prosineçki: Azərbaycan yığmasında qalmaqla bağlı qəti fikrim yoxdur

Tarix:26-10-2017, 14:50
Baxış Sayı:698

Robert Prosineçki: Azərbaycan yığmasında qalmaqla bağlı qəti fikrim yoxdur













“Bu axşam yeni müqavilə bağlayacağıma dair ciddi əlamətlər var”.
AZTB.info xəbər verir ki, bunu “Sport News”a açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.
Yığmanın 2018-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışına dair hesabat vermək üçün Bakıya dönən xorvatiyalı mütəxəssis Azərbaycandakı işini davam etdirməyin əleyhinə olmadığını söyləyib. Bununla belə, o bildirib ki, AFFA ilə yeni müqavilə bağlamaqla bağlı qəti fikri yoxdur: Bakıdan çox xoşum gəlir, fantastik şəhərdir. İş şəraiti çox yüksəkdir. Uşaqlarım beynəlxalq tədris məktəbinə gedirlər. Məni Azərbaycanda qiymətləndirirlər. Biz çoxlu iş görmüşük, heç kimin bunu qiymətləndirməməyə haqqı yoxdur. Amma belə bir təqdimatın mənim ambisiylarımı təmin edəcəyindən əmin deyiləm. Özümü yeni çağırışlarda sınamaq istərdim. Ona görə də Azərbaycan yığmasında qalmaqla bağlı qəti fikrim yoxdur”.

Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə 3 illik müqaviləsinin müddəti dekabr ayında başa çatır.

Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi
Bağçalara növbəyə yazılma dayandırıldı
Bağçalara növbəyə yazılma dayandırıldı
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İranın Ermənistanla bağlı nəhəng layihəsi: Zəngəzur dəhlizinə alternativ yaradır?
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
Yollarda sürücüsüz avtobuslar görəcəksiniz
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
ABŞ-dan Zəngəzur dəhlizi həmləsi: Pulu ikiqat artırdı
Toy mövsümü bu tarixdən başlayır
Toy mövsümü bu tarixdən başlayır