veten informasiya agentliyi

Ramil Quliyev: “Azərbaycan bizim ürəyimizdir”

Tarix:15-08-2017, 10:27
Baxış Sayı:926

Ramil Quliyev: “Azərbaycan bizim ürəyimizdir”














“Azərbaycan bizim ürəyimizdir”. "Qaynarinfo" xəbər verir ki, bu sözləri İstanbulun Atatürk Hava Limanında APA-ya açıqlama verən Londonda keçirilən dünya atletizm çempionatında 200 metr məsafədə qızıl medal qazanan Ramil Quliyev bildirib.

Dünya çempionu Ramil Quliyev üçün qarşılama mərasimi təşkil edilib. Ramil Quliyev pasport nəzarətini keçəndən sonra Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak zəng edərək çempionu təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

- Dünyanın ən sürətli adamı Useyn Bolt karyerasına nöqtə qoyanda səhnəyə Ramil Quliyev çıxdı. Səhv dəyərləndirmə olmadı ki?

Ramil Quliyev: Useyn Bolt artıq yarış səhnəsindən çəkildi. Niyə mənim də onun rekordlarını qırmaq və onu keçmək hədəflərim olmasın? İndi bütün gücümlə Avropa çempionu olmaq üçün hazırlaşacağam. Dünya çempionu olmuş bir insanın Avropa çempionluğundan aşağı hədəfi ola bilərmi?.

- Azərbaycana siz hansı mesajı vermək istərdiniz?

Ramil Quliyev: Məşqçim Oleq Muxinin dediyi kimi, Azərbaycan bizim ürəyimizdir. Yarışların hamısına qəlbimdəki Azərbaycan və Türkiyə sevgisi ilə çıxmışam. Mənim üçün həyəcan keçirən, sevincimi paylaşan hamını ürəkdən salamlayıram.

Dünya çempionunun məşqçisi Oleq Muxinin sözlərinə görə, o, Ramil Quliyevin dünya çempionu olacağına həmişə inanıb: "Londondakı çempionata yaxşı hazırlaşdığımız kimi, orada olarkən gündəlik prosesləri çox yaxından izləyirdim. Yarışın hər mərhələsinə uyğun qurduğumuz planı uğurla həyata keçirdik. Yarımfinalda Ramilin çempion olacağına artıq əmin idim. Biz bütün işlərimizi elmi əsaslar üzərində qurduğumuza görə, qələbə uğrunda daha inamla mübarizə aparırıq”.

- Bu özəl gündə Azərbaycana hansı mesajı vermək istərdiniz?

- Oleq Muxin: "Azərbaycan bizim ürəyimizdir. Biz vətənimizi bir an da olsa, unutmuruq. Yay məzuniyyətimizdə Azərbaycana gedirik. Buradan ölkəmizə çox salam göndəririk”.

İstanbul aeroportundakı qarşılama mərasimindən sonra məşqçi Oleq Muxin və dünya çempionu Ramil Quliyev Ankaraya gediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın 15 avqustda O.Muxin və R.Quliyevi qəbul etməsi gözlənilir. Dünya çempionu Ramil Quliyevin lisenziyalı idmançısı olduğu “Fenerbahçe” klubundan daxil olan məlumata görə, avqustun 20-də Türkiyə super liqasında oynanacaq Fənərbahça-Trabzonspor matçı O.Muxin və R. Quliyevin topa vurmaları ilə başlayacaq.

İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ - "Səni elə basdıracaqlar ki..."
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ -
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var