veten informasiya agentliyi

Toğrulu Azərbaycandan kim küsdürdü? - İnanılmaz səbəblər

Tarix:30-06-2017, 11:22
Baxış Sayı:873

Toğrulu Azərbaycandan kim küsdürdü? - İnanılmaz səbəblər

















Xəbər verdiyimiz kimi, sərbəst güləş üzrə millimizin üzvü, olimpiya çempionu Toğrul Əsgərov Azərbaycan yığmasından imtina edib və Türkmənistan yığmasının heyətində çıxış edəcək. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, T.Əsgərovun getməsinin əsas səbəblərindən biri Azərbaycan Güləş Federasiyası ilə arasında olan problemlərdir. Bildirilir ki, 9 aya yaxındır boyun fəqərəsindən əməliyyat edilməli olan Toğrula federasiya tərəfindən "pulumuz yoxdur” cavabı verilib. Olimpiya çempionunun yaxın ətrafında gəzən məlumatlara görə isə idmançı ətrafında dopinq məsələsinin ortaya atılması və bu məsələdə onun üstünə çox gedilməsi də Əsgərovun getmək qərarını qətiləşdirib. Güləşçi bu barədə federasiya rəhbərliyinə belə məlumat verməyib.
Ancaq qaydalara əsasən, yerli qurumun icazəsi olmadan o, 2 il ərzində başqa ölkə adı ilə çıxış edə bilməz. Yaxın zamanda AGF rəsmilərinin onunla danışıqlara başlayacağı gözlənilir.

Hazırda müalicə üçün Türkiyədə olan Toğrul Əsgərovun AGF-də yaşadığı problemlər bununla da bitmir. İddiaya görə, sərbəst güləş üzrə milli komandamızın olimpiya oyunlarında nəticə verən bütün üzvləri, eləcə də Toğrul Əsgərov federasiyanın vəd etdiyi mükafatı hələ də ala bilməyib.

Bu azmış kimi, Azərbaycan Güləş Federasiyası 1 ilə yaxındır ki, yığmanın üzvlərinin maaşını ödəmir. Qeyd edilir ki, hətta gənc idmançıların formaları alınmır, xaricdə təlim məşqlərə getməsi üçün maliyyə buraxılmır. Millinin heyətinə qatılan gənc güləşçilər yarışa çıxarkən bir-birilərindən forma alaraq güləşirlər.

İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ - "Səni elə basdıracaqlar ki..."
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ -
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var