![]()
![]()
![]()
![]()
![]()
Dağlıq Şirvan regionunda "Üzməyi öyrənək" layihəsi çərçivəsində üzgüçülük məşğələlərinin növbəti mərhələsinə İsmayıllı rayonu üzrə yekun vurulmuşdur.
29 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi "Üzməyi öyrənək" layihəsi çərçivəsində İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən yekun turnirdə iştirak edən idmançılar serfitkatlarla,yer tutan iştirakçılar isə diplom və medallarla mükafatlandırılmışlar.
Üzgüçülük məşğələlərində şəhər ümumtəhsil məktəblərindən seçilmiş 1-5-ci sinif şagirdləri iştirak edib.
Keçirilən layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olmaqdır. Bir ay davam edən üzmə məşğələləri bölgü üzrə həftə içi müəyyən günlərdə, müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən keçirilmişdir.
#Gənclərİdman #AzeSport #birkimibirlikdə
#DŞRGİİ
#ÜzməyiÖyrənək