veten informasiya agentliyi

Birinci yeri tutan idmançılara 100 min veriləcək - Sərəncam

Tarix:11-05-2017, 12:51
Baxış Sayı:732

Birinci yeri tutan idmançılara 100 min veriləcək - Sərəncam

















Prezident İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb

Sənədə əsasən, Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;

ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bundan başqa, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə sessiyasının iştirakçılarını WUF13-ə dəvət etdi
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Bu gün biz sülhün bəhrəsinin şahidiyik - Prezident
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Saat 10:00-dan etibarən Bakının bu ərazilərində qaz KƏSİLİR
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
Sürücülərin NƏZƏRİNƏ: 9 küçə istiqamətində əsas yollar…
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
İranda Hörmüz boğazına görə PARÇALANMA BAŞLADI
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ - "Səni elə basdıracaqlar ki..."
Daha bir UNO tədqiqatçısının MÜƏMMALI ÖLÜMÜ -
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var
ABŞ-da təyyarə evə çırpıldı - Ölən var