veten informasiya agentliyi

Ukrayna da vəsiqəni təmin etdi — Günün nəticələri

Tarix:15-10-2019, 09:39
Baxış Sayı:661

Ukrayna da vəsiqəni təmin etdi — Günün nəticələri

AVRO-2020-nin seçmə mərhələsi davam edir.
APA xəbər verir ki, VIII turun ikinci oyun günündə yeddi qarşılaşma keçirilib.

Qonşu Türkiyə millisinin çıxış etdiyi H qrupunda üç matç baş tutub. “Ay-ulduzlular” liderliyi bölüşdüyü Fransanın qonağı olub. Parisdə 1:1 hesablı heç-heçə edən Şenol Günəşin yetirmələri 1-ci pilləni qoruyub və final mərhələsi şanslarını artırıb.

Qrupun digər oyunlarında İslandiya Andorranı, Albaniya Moldovanı məğlub edib.

A qrupunda da iddialılar qələbə qazanıblar. İngiltərə Bolqarıstanı, Kosovo Monteneqronu yenib.

B qrupunun liderləri üz-üzə gəliblər. Ukrayna öz meydanında Portuqaliyanı üstələyib. Bu qələbə ilə Andrey Şevçenkonun yetirmələri qrup birinciliyini təmin edərək AVRO-2020-yə yüksəlib.

Ukrayna bunu bacaran 5-ci komanda olub. Onlara qədər Belçika, İtaliya, Rusiya və Polşa da vəzifənin öhdəsindən gəlib.

Bu qrupun digər matçında qələbə qazanan Serbiya isə Portuqaliya ilə 2-ci yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, seçmə mərhələnin VIII turu oktyabrın 15-də başa çatacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
14 oktyabr

A qrupu
22:45. Kosovo – Monteneqro – 2:0
Rahmani, 10, Muriqi, 34
22:45. Bolqarıstan - İngiltərə - 0:6
Reşford, 7, Barkli, 20, 32, Sterlinq, 45, 69, Keyn, 85

1

İngiltərə

6

5

0

1

26-6

15

2

Çexiya

6

4

0

2

11-9

12

3

Kosovo

6

3

2

1

12-10

11

4

Monteneqro

7

0

3

4

3-15

3

5

Bolqarıstan

7

0

3

4

5-17

3

Növbəti oyunlar noyabrın 14-də keçiriləcək: İngiltərə - Monteneqro, Çexiya – Kosovo.

B qrupu
22:45. Ukrayna – Portuqaliya – 2:1
Yaremçuk, 7, Yarmolenko, 29 – Ronaldo, 72 (pen.)
22:45. Litva – Serbiya – 1:2
Kazlauskas, 79 - Mitroviç, 48, 53

1

Ukrayna

7

6

1

0

15-2

19

2

Portuqaliya

6

3

2

1

14-6

11

3

Serbiya

6
3

1

2

12-13

10

4

Lüksemburq

6

1

1

4

5-11

4

5

Litva

7

0

1

6

5-19

1

Növbəti oyunlar noyabrın 14-də keçiriləcək: Serbiya – Lüksemburq, Portuqaliya – Litva.

H qrupu
22:45. Moldova – Albaniya – 0:4
Çikalleşi, 22, Bere, 34, Traşi, 40, Manay, 90
22:45. İslandiya – Andorra – 2:0
Siqurdsson, 38, Siqtorsson, 64
22:45. Fransa – Türkiyə - 1:1
Jiru, 76 – Ayhan, 82

2

Türkiyə

8

6

1

1

16-3

19

1

Fransa

8

6

1

1

21-5

19

3

İslandiya

8

5

0

3

12-10

15

4

Albaniya

8

4

0

4

14-10

12

5

Andorra

8

1

0

7

1-16

3

6

Moldova

8

1

0

7

2-22

3

Növbəti oyunlar noyabrın 14-də keçiriləcək: Türkiyə - İslandiya, Fransa – Moldova, Albaniya – Andorra.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi