veten informasiya agentliyi

Bu gün UEFA Super Kubokunun sahibi müəyyənləşəcək

Tarix:14-08-2019, 10:38
Baxış Sayı:668

Bu gün UEFA Super Kubokunun sahibi müəyyənləşəcək

Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.

“Report”un məlumatına görə, “Vodafone Park”da İngiltərənin iki təmsilçisi – “Liverpul” və “Çelsi” komandaları üz-üzə gələcək. Ötən mövsüm “Liverpul” İspaniyanın paytaxtı Madriddə keçirilmiş final matçında “Tottenhem”i 2:0 hesabı ilə yenərək, Çempionlar Liqasının qalibi olub. “Çelsi” isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında “Arsenal”ı darmadağın edib – 4:1.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.

Hollandiyalı jurnalist Anton Vitkampın müəllifi olduğu UEFA Superkuboku uğrunda matç 1972/1973 mövsümündən keçirilməyə başlayıb. İndiyədək təşkil olunmuş 43 qarşılaşmanın 23-dən Çempionlar Liqasını qazanmış komanda qalib ayrılıb. Superkuboka hamıdan çox – hərəyə 5 dəfə İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klubları sahib olub. Ölkələr siyahısında isə ən çox qalib adını İspaniya qazanıb – 15 dəfə.

Bugünkü matç İngiltərə klublarının iştirakı ilə ilk Superkubok kimi tarixə düşəcək. “Dumanlı Albion” təmsilçilərindən son olaraq, “Liverpul” 2005-ci ildə bu kuboka yiyələnib. “Qırmızılar”ın ümumilikdə 3, “zadəganlar”da isə 1 belə titulu var.

14 avqust

UEFA Super Kuboku

23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə)

Hakimlər: Stefani Frappar (Fransa), Manuela Nikolazi (Fransa), Mişel O Nil (İrlandiya), Cüneyt Çakır (Türkiyə)

VAR hakimi: Kleman Türpen (Fransa)

“Vodafone Park”, İstanbul (Türkiyə).

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi