veten informasiya agentliyi

“”Topaz” Olimpiya hərəkatına və Azərbaycan idmanına dəstəyini davam etdirəcək” (RƏSMİ)

Tarix:6-08-2019, 10:39
Baxış Sayı:617

“”Topaz” Olimpiya hərəkatına və Azərbaycan idmanına dəstəyini davam etdirəcək” (RƏSMİ)

“”Topaz” 8 il ərzində Peşəkar Futbol Liqasının sponsoru olub. Bu addım müqavilə bitdiyi üçün atılıb. Söhbət sponsorluqdan imtinada deyil, müqavilənin uzadılmamasından gedir”.

Bu fikirləri “Topaz” şirkətinin direktoru Vüsal Məmmədov deyib. O, bildirib ki, Topaz Azərbaycan idmanını fəal şəkildə dəstəkləməyə davam edir və bu il bütün səylərini Olimpiya istiqamətlərinə yönəltməyə qərar verib: “Bizim dəstəyimiz bəzi idman növlərini əhatə edəcək. Bunlara voleybol və kiber idmanını misal göstərə bilərəm. Bundan başqa “Topaz” bir sıra olimpiya idman növlərinə dəstək verən qurum kimi tanınan “Azeridmanservis” in rəsmi tərəfdaşıdır. Topaz” Olimpiya hərəkatına və Azərbaycan idmanına dəstəyini davam etdirəcəkdir. Ölkənin inkişafının və millətin sağlamlığının ən vacib istiqamətləri olaraq. “Topaz” Azərbaycan ərazisində qeydiyyata alınan, 2011-ci ildən ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərən bir bukmeker agentliyidir. PFL-in rəsmi nümayəndəsindən xarici bukmeykerlə Azərbaycanda sponsorluqla bağlı danışıqlar aparıldığını eşitdikdə çox təəccübləndik. Bildiyimizə görə, heç bir xarici şirkətin respublika ərazisində bukmeyker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası yoxdur”.

Qeyd edək ki, 19 yanvar 2010-cu il tarixində təsis edilmiş və ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlamışdır. “TOPAZ” markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsoru, müxtəlif federasiyaların xüsusi dəstəkçisidir. Bundan başqa, Caspiantech QSC hal-hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır”.

"Ford" bir milyondan çox avtomobilini geri çağırır - SƏBƏB
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Dağıstanda onlarla ev hələ də su altındadır
Dağıstanda onlarla ev hələ də su altındadır