veten informasiya agentliyi

“Səbail” dağılır? – Rəsmi açıqlama

Tarix:24-07-2019, 10:35
Baxış Sayı:624

“Səbail” dağılır? – Rəsmi açıqlama

Avropa Liqasındakı çıxışını ilk turdaca başa vuran “Səbail”də ciddi qərarlar qəbul edilib.

Sportinfo.az saytının iddiasına görə, bir neçə saat öncə rəhbərlik təcili toplantı keçirib. İddiaya görə, toplantıda bütün legionerlərin komandadan göndərilməsinə dair qərar qəbul olunub. Bildirilir ki, komanda qarşıdakı mövsümə yalnız gənc və yerli oyunçularla davam edəcək. Bu isə klubun qarşıdakı mövsüm dağılmaq ehtimalının yüksək olduğununu göstəricisidir.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Səbail”in baş məşqçisi Aftandil Hacıyev klubdaxili iclas keçirildiyini təsdiqləyib. O, bir müddətdir ki, maaşların verilmədiyini bildirib:

“Bəli, klub rəhbərliyi toplantı keçirib. Lakin iclasın tərtibatı ümumi xarakter daşıyırdı. Maaşların verilməsində bir qədər gecikmələr var. Bunun həlli hələ də bəlli deyil. Gecikmə davam edəcək. Sadəcə, xəbərdarlıq olundu ki, hansısa futbolçu və ya işçi gecikməyə tab gətirə bilmirsə, iki tərəfli razılıq əsasında klubdan ayrıla bilər. Ancaq xüsusən legionerlərlə yolları ayırmaq barədə söhbət olmadı. Çempionat bitdikdən sonra problemlər yaşanmağa başladı. Maaşların yubanması narahatlığa səbəb olub. Buna görə də rəhbərlik qərara gəldi ki, komanda ilə görüşüb fikirlərini bildirsinlər. Avropa Liqasına vəsiqə qazanmağımıza görə də mükafatlar verilməyib”.

Aftandil Hacıyev “Səbail”də qalıb-qalmayacağı ilə bağlı suala da aydınlıq gətirib:

“Açığı, yayda təkliflər var idi. Amma “Səbail”də qalmağa üstünlük verdim. Ötən mövsüm yaxşı işlər gördük. Bunun davamını gətirmək istəyirdim. Hazırda komandadan ayrılmaq barədə düşünmürəm. Prosesləri izləməyə davam edəcəm. Vəziyyətin necə olacağından çox şey asılıdır”.

“Səbail”in mətbuat xidmətinin rəhbəri Törə Əhmədova da məsələyə aydınlıq gətirib. “Qafqazinfo”ya açıqlama verən klub rəsmisi legionerlərin göndərilməsi ilə bağlı xəbəri təkzib edib:

“Bu, tamamilə yalan xəbərdir. Düşərgədən heç bir futbolçu göndərilməyib. Hər təlim-məşq toplanışından sonra klubdaxili iclas olur. Düzdü, maaşlarla bağlı gecikmələr var. Onlar da yavaş-yavaş ödəniləcək. Heç kimə “qapı açıqdır, çıxıb gedə bilərsən” deyilməyib”.

"Ford" bir milyondan çox avtomobilini geri çağırır - SƏBƏB
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Dağıstanda onlarla ev hələ də su altındadır
Dağıstanda onlarla ev hələ də su altındadır