veten informasiya agentliyi

Qurban Qurbanov: Bu haqda fikirləşməyə vaxtımız yoxdur

Tarix:24-07-2019, 09:39
Baxış Sayı:615

Qurban Qurbanov: Bu haqda fikirləşməyə vaxtımız yoxdur

Bütün fikrimizi oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır”.

“Qarabağ”ın rəsmi saytı xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi “Dandolk”la qarşılaşacaq ağdamlıların çalışdırıcısı oyundan əvvəl mətbuat konfransı keçirib.

Q.Qurbanov rəqibin gücündən bəhs edib: “Orta xətdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla, bütün komanda olduqca istəklidir. Düzdür, süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, oyuna tam konsantrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu oyun haqda demək olmaz. Bilirik ki, bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq”.

Qeyd edək ki, “Dandolk” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi