veten informasiya agentliyi

“Qarabağ”ın yeni transferi: “Çox möhtəşəm bir kluba gəlmişəm”

Tarix:16-07-2019, 13:13
Baxış Sayı:623

“Qarabağ”ın yeni transferi: “Çox möhtəşəm bir kluba gəlmişəm”

“Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey yüksək səviyyədədir. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam”.

Bunu “Qarabağ”ın yeni transferi Faysal Rerras klubun mətbuat xidmətinə açıqlamasında deyib. 26 yaşlı mərakeşli müdafiəçi ilk oyuna çıxacağı günü səbirsizliklə gözlədiyini söyləyib:

“Müdafiənin həm sağ, hər sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. “Qarabağ” haqqında məlumatım var idi, avrokuboklarda oyunların izləmişdim. Fransa klublarıyla oynayan zaman da klub haqda daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər”.

Qeyd edək ki, “Qarabağ” iyulun 17-də “Dalğa Arena”da Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Parizani”ni qəbul edəcək. Matç saat 21:00-da başlanacaq. Tiranadakı İlk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi