veten informasiya agentliyi

Rafael Ağayevin finalda uduzmasının səbəbi...

Tarix:1-07-2019, 11:34
Baxış Sayı:633

Rafael Ağayevin finalda uduzmasının səbəbi...

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karateçimiz Rafael Ağayevin finalda ukraynalı Stanislav Horunaya uduzması gözlənilməz olub.

“Qafqazinfo”nun məlumatına görə, gümüş medalla kifayətlənməli olan 34 yaşlı millimizin lideri “Minsk-2019”da tam gücü ilə çıxış edə bilməyib.

Belə ki, Rafael Ağayev bir ay əvvəl zədə alıb. Onun əzələsində 3-cü dərəcəli yırtıq aşkarlanıb. Bu səbəbdən “karatenin qara brilyantı” 25 gün heç bir idman hərəkəti etməyib. O, yalnız yarışa 4-5 gün qalmış məşq etmək gücündə olub.

Qeyd edək ki, 75 kq çəki dərəcəsində çıxış edən titullu karateçi “Minsk-2019”da mübarizəyə B qrupunda başlayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə yenən Ağayev Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0. Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi finala vəsiqə uğrunda estoniyalı Pavel Artamonovu da mübarizədən kənarlaşdırıb. Finalda Stanislav Horunaya 0:4 hesabı ilə uduzan Ağayev mükafatlandırma mərasimində göz yaşlarını saxlaya bilməyib.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi