veten informasiya agentliyi

Azad Rəhimov: Olimpiya Festivalına baxmaq pulsuz olacaq

Tarix:7-05-2019, 11:38
Baxış Sayı:503

Azad Rəhimov: Olimpiya Festivalına baxmaq pulsuz olacaq















Medallar Bakı Suvenir Fabrikində (“Azərsuvenir” MMC) hazırlanıb. Çox gözəl dizaynla, zövqlə hazırlanıb. Bu, həmin fabrikin ilk işi deyil. IV İslam Həmrəyliyi Oyunlarında da medalı onlara hazırlamağı həvalə etmişdik.
Bunu Gənclər və İdman naziri Azad Rəhimov bildirib.

İyulun 21-27-si tarixlərində Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında bu yarışla bağlı suallara aydınlıq gətirib:

"Biletlərin çapı və satışı iticket.az vasitəsilə həyata keçiriləcək. Yalnız açılış və bağlanış mərasiminə 5-10 manat məbləğində bilet satılacaq. Ancaq oyunlar zamanı arenalara giriş pulsuz olacaq və biletlər paylanacaq. Biletlər iyunun 10-dan etibarən hazır olacaq".
Daha sonra bu yarışın qalibi 14-18 yaşlı qaliblərin dövlət səviyyəsində mükafatlandırılması ilə bağlı A.Rəhimov bunu bildirib:

“Onların dövlət səviyyəsində mükafatlandırılması müzakirə edilməyib. Amma hər yarışdan qabaq ölkə prezidentinin sərəncamı olur. Bundan sonra bu haqda dəqiq söz demək olar. İstənilən halda, ilin sonunda Milli Olimpiya Komitəsində qaliblər xüsusi mükafatlandırılacaq”.

Qeyd edək ki, bu yarışla bağlı Avropadan yalnız Ermənistan və Lixtenşteynin idmançı heyəti Bakıya gəlməyəcək.

"Ford" bir milyondan çox avtomobilini geri çağırır - SƏBƏB
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Dağıstanda onlarla ev hələ də su altındadır
Dağıstanda onlarla ev hələ də su altındadır