veten informasiya agentliyi

Bakıda “Formula-1” həyəcanı başlayır

Tarix:26-04-2019, 10:25
Baxış Sayı:508

Bakıda “Formula-1” həyəcanı başlayır














Bu gün Bakıda "Formula 1" Azərbaycan Qran-Prisinin ilk yarış günü başlayır.
Şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.

Bu gün Bakı Şəhər Halqasında "Formula 2" bolidlərinin sərbəst yürüşü, həmçinin F2 pilotlarının sıralama yarışı keçiriləcək. Bundan başqa, Bakı trekində "Formula 1" bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən "Formula 1" yarışları aprelin 28-dək davam edəcək.
Xatırladaq ki, "Formula 1" Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda "Formula 1" yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran-Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.

"Ford" bir milyondan çox avtomobilini geri çağırır - SƏBƏB
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Dağıstanda onlarla ev hələ də su altındadır
Dağıstanda onlarla ev hələ də su altındadır