veten informasiya agentliyi

Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib

Tarix:19-04-2019, 11:48
Baxış Sayı:558

Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib














Futbol üzrə Avropa Liqasının ¼ final mərhələsinin cavab oyunları başa çatıb.

“Report” xəbər verir ki, turnirin növbəti “play-off” mərhələsinə “Valensiya” (İspaniya), “Çelsi” və “Arsenal” (İngiltərə), həmçinin “Ayntraxt” (Almaniya) klubları vəsiqə qazanıb.

Avropa Liqasının yarımfinal cütlükləri

“Arsenal” — “Valensiya”

“Ayntraxt” — “Çelsi”.

Avropa Liqasının ½ final mərhələsinin ilk matçları mayın 2-də, cavab oyunları isə mayın 9-da keçiriləcək. Qaliblər 29 may tarixində Bakının “Olimpia” stadionunda keçiriləcək final matçında üz-üzə gələcəklər.

Turnirin ¼ final mərhələsində “Valensiya” iki oyunun nəticəsinə görə, “Vilyarreal”dan (3:1, 2:0), “Arsenal” “Napoli”dən (2:0, 1:0), “Çelsi” “Slaviya”dan (1:0, 4:3), “Ayntraxt” isə “Benfika”dan (2:4, 2:0) üstün olub.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi