veten informasiya agentliyi

Həbsxana həyatı yaşamış azərbaycanlı idmançılar: Onlar kimdir?

Tarix:13-03-2019, 09:09
Baxış Sayı:644

Həbsxana həyatı yaşamış azərbaycanlı idmançılar: Onlar kimdir?














Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

Onun həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.

AZXEBER.COM mövzunun aktuallığını nəzərə alaraq həbs həyatı yaşamış idmançılarla bağlı araşdırma aparıb. Məşhur azərbaycanlı samboçu, dünya çempionu Sadiq Kərimov 2015-ci ildə Sankt-Peterburqda saxlanılıb. O hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunub.

Tanınmış idmançı Kamil Zeynallı 3 dəfə həbs həyatı yaşayıb. O 2 dəfə dava etdiyinə, 1 dəfə isə küçədə söyüş söydüyünə görə həbs olunub. Son dəfə ona 10 “sutka” iş verilib.

Kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov da həbsxana həyatı yaşayıb. O qaynatasını döydüyünə görə 5 il iş alıb.

Vaxtilə Azərbaycanın ən məşhur futbolçularından olan Maşallah Əhmədov da həbs həyatı yaşayıb. O başqasının külli-miqdarda pulunu mənsiməkdə ittiham olunub.

Güləş üzrə üçqat dünya çempionu adına layiq görülən Saday İsmayılov da 2 dəfə həbsdə olub. O da hədə-qorxu gəlməklə pul tələb etmə maddəsi ilə cəzalanıb.

“Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov da həbs həyatı yaşayıb. Buna səbəb jurnalist Rasim Əliyevin ölümü olub. C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülən, 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib.

Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan Müseyib Cəfərov da həbsdə olub. Ona qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi