veten informasiya agentliyi

“Neftçi”nin adına yaraşmayan oğurluğu – VİDEOFAKT

Tarix:25-10-2018, 11:15
Baxış Sayı:521

“Neftçi”nin adına yaraşmayan oğurluğu – VİDEOFAKT














“Neftçi”nin prezidenti Kamran Quliyevin klub barədə fikirlərinin yer aldığı video yayımlanıb. Prezident klub saytında yer alan videoçarxda komandanın azarkeşlərindən, stadionundan və tarixindən söz açıb. Kamran Quliyev komandanın ağır günlərindən və zəfərlərindən də danışıb.

Bura qədər hər şey normaldır. Amma internetdə kiçik bir araşdırma apararkən ortaya maraqlı məqamlar çıxır. Məlum olur ki, bu “Neftçi”nin öz ideyası deyil, əməlli-başlı oğurluqdur.

Özü də İngiltərəninin “Liverpul” klubundan… Videonu hazırlayan klub əməkdaşları sadəcə sözləri tərcümə edib və “Liverpul”u “Neftçi” ilə əvəzləyib. Bununla da azarkeşlərə plagiat bir video təqdim ediblər. Hələ klubun prezidenti də utanmadan bu oğurluqda iştirak edərək, oğurlanmış mətni oxuyur.

“Neftçi”nin və digərlərinin “Liverpul” kimi böyük, tarixi olan peşəkar klublardan nəyisə öyrənməsi pis deyil. Amma bunun oğurluq şəkilində olması ən azı 81 yaşlı PEŞƏKAR klubun adına, tarixinə təhqirdir. Kamran Quliyev “Liverpul”dan nəsə öyrənmək istəyirsə, klub idarəçiliyi öyrənsin, futbol öyrənsin. Yoxsa nəyisə oğurlayıb öz məhsulun kimi azarkeşinə təqdim etmək nə peşəkarlığa sığır, nə də etikaya. Kamran Quliyevin böyük klubun prezidenti olmaq istəyi varsa, bunu oğurluq edərək yox, öz ideyalarını ortaya qoymaqla edə bilər.

81 yaşlı klubun onlarla işçisi var, onların içindən bir nəfər normal bir ssenari yazıb, ortaya normal bir iş qoya bilmirdi? Bilmirlərsə, Azərbaycanın ən titullu, ən yaşlı klubunda nə işləri var, niyə dövlətin kluba ayırdığı puldan maaş almalıdırlar?

fanat.az

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO
Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO
"Ford" bir milyondan çox avtomobilini geri çağırır - SƏBƏB
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək