veten informasiya agentliyi

Futbolçu baş məşqçini döydü – Azərbaycanda

Tarix:18-10-2018, 10:21
Baxış Sayı:582

Futbolçu baş məşqçini döydü – Azərbaycanda











Azərbaycan futbolunda daha bir şok olay yaşanıb. Gəncənin “Kəpəz” komandasının baş məşqçisi Etibar İbrahimov döyülüb. Gəncədəki mənbələrdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, gənc çalışdırıcını “Kəpəz”in müdafiəçisi Şöhrət Quliyev vurub. Buna səbəb isə məşq zamanı çalışdırıcının Quliyevi ağır ifadələrlə təhqir etməsi olub. Məşqçinin söyüşlərindən sonra yumruqlar işə düşüb və İbrahimov Şöhrət Quliyev tərəfindən döyülüb. Xəsarət alan çalışdırıcı xəstəxanaya müraciət etməyib. Hazırda söz-söhbətin böyüməməsi üçün müdafiəçi ilə baş məşqçinin münasibətlərinin qaydaya salınması üçün işlər aparılır. Məlumat axşam saatlarında daxil olduğu üçün “Kəpəz”in mətbuat xidmətindən məsələ ilə bağlı münasibət öyrənə bilmədik. Məsələyə qayıdacağıq və klubun mövqeyini oxucularımıza çatdıracağıq. Eyni zamanda da digər mənbələrdən hadisə ilə bağlı yeni bilgilər almağa çalışırıq. Sport7.az

Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi
Bir gündə 55 cinayət açıldı
Bir gündə 55 cinayət açıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
Səbaildə obyekt yanır, FHN qüvvələri hadisə yerinə cəlb olundu - YENİLƏNDİ
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı
DİN oğurluqda şübhəli bilinən iki nəfəri saxladı