veten informasiya agentliyi

FETÖ-nün Azərbaycan imamı həbs olundu: “Konak” və “Şahzadə” restoranı onun imiş

Tarix:14-06-2017, 13:01
Baxış Sayı:828

FETÖ-nün Azərbaycan imamı həbs olundu: “Konak” və “Şahzadə” restoranı onun imiş

















Türkiyənin Malatya şəhərinin prokurorluğu tərəfindən axtarışa verilmiş FETO terror təşkilatının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi həbs edilib.

Lent.az xəbər verir ki, M.M. adlı şəxs İstanbulda tutulduqdan sonra Malatyaya gətirilib və məhkəmə qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bildirilir ki, həmin şəxs terror təşkilatının xüsusi yazışma proqramı olan "Bylock” istifadəçisi olub və qruplaşmanın gizli xəbərləşmələrində mühüm rol oynayıb.

"Yeniçağ"-ın iddiasına görə, mediada sadəcə M.M kimi təqdim edilən şəxs "Konak” və "Şahzadə” restoranlarının sahibi Muharrem Menekşedir.

"Terrorun Gülən üzü” adlı kitabında araşdırmaçı-yazar Aqil Ələsgər də Muharrem Menekşenin adını bir neçə dəfə qeyd etmişdi.

Qeyd edək ki, Malatyada FETÖ ilə bağlı ümumilikdə 12 nəfər saxlanılıb ki, onların əksəriyyəti "Bylock” istifadəçisi olub. Təşkilatın özünü Azərbaycan nümayəndəsi adlandıran üzvünün hansı funksiyaları yerinə yetirdiyi bəlli olmasa da, onun bu vəzifənin saxta icraçısı olduğu qeyd edilir.

10 nəfər tapılaraq ailələrinə təhvil verildi
10 nəfər tapılaraq ailələrinə təhvil verildi
Şübhəli bilinən şəxslər saxlanıldı
Şübhəli bilinən şəxslər saxlanıldı
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?