veten informasiya agentliyi

İntiharlar artır, ailələr də dağılır - Kreditə görə gərginlik

Tarix:6-06-2017, 11:15
Baxış Sayı:606

İntiharlar artır, ailələr də dağılır - Kreditə görə gərginlik

















Natiq Cəfərli: "Kredit hər ailəyə təsir edəcək problemə çevrilib. Bu da intiharlar, ailələrin dağılması, sosial vəziyyət, yaşam səviyyəsinin aşağı düşməsi ilə bağlı problemlər artır"

"Kreditlərlə bağlı banklar və müştərilər arasındakı problemlər artıq kritik həddə çatıb”.

Bunu borca görə intihar edənlərin artmasına münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O xatırladıb ki, ölkədə təqribən 2 milyona yaxın insanın kredit borcu var:

"Hətta az qala o qədər insan müxtəlif kredit müqavilələrində zamin kimi çıxış edir. Kredit hər ailəyə təsir edəcək problemə çevrilib. Bu da intiharlar, ailələrin dağılması, sosial vəziyyət, yaşam səviyyəsinin aşağı düşməsi ilə bağlı problemlər artır. Nəticə etibarı ilə intiharların da sayının artdığını müşahidə edirik. Təəssüf ki, problemlə bağlı ciddi addımlar hələ də atılmır. Beynəlxalq Bankla bağlı proseslərdə gördük ki, hökumət istəyəndə vətəndaşlara kömək edə bilir. 10 milyard manata yaxın problemli kreditlər Beynəlxalq Bankdan demək olar silindi.

Ümumilikdə, əhali ilə bağlı belə qərarların verilməsi uzun müddətdir gecikdirilir. Çünki devalvasiyadan sonra dollarla olan kreditlərin həcmi və faizləri artdığına görə, əhali az qala götürdüyü kreditin 3 qatını qaytarmalı oldu. Buna isə insanların gücü çatmır, gəlirləri də azalıb. Bu isə borcların qaytarılmayacağına daha çox əminlik yaradır. Dövlətin müdaxiləsi və dəstəyi olmasa, problem həllini tapmayacaq. Məsuliyyət bölgüsü gərəkli olsa da hələlik bütün məsuliyyət vətəndaşların üzərindədir. Problemli kreditlər vətəndaşın, bankın və dövlətin arasında 3 yerə bölünməlidir ki, ilkin mərhələdə məsələnin həlli ilə bağlı müsbət addımlar olsun. Problemlərin həlli uzandıqca, həm ailələrdə, həm də ümumi cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Müvafiq komissiya qurulmalı, təkliflər hazırlanmalı və dövlət tərəfindən qəbul olunmalıdır ki, problemli kreditlərlə bağlı məsələlərin son həddə çatdırılmasının qarşısı alınsın”.

Qeyd edək ki, Maştağa qəsəbəsində 1967-ci il təvəllüdlü Cabbarov Lütfəli Ağəli oğlu sol qolunu ülgüclə kəsərək canına qəsd edib. Nəticədə çoxlu qan itirən kişi dünyasını dəyişib. İntihara səbəb kimi mərhumun xeyli borcunun olması göstərilir. (Sherg.az)

10 nəfər tapılaraq ailələrinə təhvil verildi
10 nəfər tapılaraq ailələrinə təhvil verildi
Şübhəli bilinən şəxslər saxlanıldı
Şübhəli bilinən şəxslər saxlanıldı
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?