veten informasiya agentliyi

"Porche” ilə 24 yaşlı ananı öldürən Ağaəlidən xəbər var - Video

Tarix:24-05-2017, 10:50
Baxış Sayı:553

"Porche” ilə 24 yaşlı ananı öldürən Ağaəlidən xəbər var - Video

















Bakıda 16 yaşlı biznesmen oğlu Ağaəli Fərəcovun "Porche” ilə 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürməsi barədə xəbər vermişdik

Müstəntiq Elnur Həsənli istintaqın gedişatı barədə unikal.org-a danışıb.

O, deyib ki, hələlik Ağəli Fərəcov azadlıqdadır, avtomobili və sənədləri isə polisdədir:

"Hələlik işin istintaqı gedir. Bütün detallar yaxın zamanda məlum olacaq. İstintaqın nəticəsindən aslı olmayaraq, A.Fərəcov barəsində xüsusi təlim-tərbiyyə xarakterli tədbir görüləcək və bunun üçün hazırlıq gedir. Avtomobil cərimə meydançasındadır. Sənədləri də götürülüb. Hələ ekspertizanın rəyləri gözlənilir. İşə qiymət veriləcək. Yol nəqliyyat hadisəsi hansı şəraitdə baş verməsi ilə bağlı bütün parametrlərə baxılacaq. Təbii ki, A.Fərəcov vurub, qaçıbdır. Qaçdığına görə onun günahı var. Yetkinlik yaşına çatmayan cinayət törədənlərlə bağlı komissiya var. Həmin komissiya Azərbaycan Respublikasının Qanuna uyğun olaraq tədbir görəcək. Qısa zaman kəsiyində A.Fərəcov barəsində biz yekun qərarı göndərəcəyik. Müvafiq qurum da onun barəsində tədbir görəcək.

Qarşı tərəf ilk izahatında şifahi olaraq şikayətçi olmadığını qeyd edib. Artıq mərhum Xəyalə Məmmədova Gürcüstanda dəfn edilib. Məlumatıma görə, Ağaəli Fərəcovun ailəsi tərəfindən mərhumun ailəsinə yaxından köməklik göstərilib”.

10 nəfər tapılaraq ailələrinə təhvil verildi
10 nəfər tapılaraq ailələrinə təhvil verildi
Şübhəli bilinən şəxslər saxlanıldı
Şübhəli bilinən şəxslər saxlanıldı
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?