veten informasiya agentliyi

Şəmkirdə azyaşlı qızı dərmanla yuxuya verib təcavüz etdi - “Molla”, “Seyid” rüsvayçılığı… (Foto)

Tarix:27-04-2017, 10:34
Baxış Sayı:592

Şəmkirdə azyaşlı qızı dərmanla yuxuya verib təcavüz etdi - “Molla”, “Seyid” rüsvayçılığı… (Foto)
















Şəmkir rayonun kəndlərindən birində qurulan toy məclisi uzun illər davam edən böyük bir fırıldaqçılıq, qalmaqallı məsələnin sirlərini açdı

Metbuat.az xəbər verir ki, evini “ziyarətgaha” çevirən fırıldaqçı mollanın qıza təcavüz etdiyi ortaya çıxıb. Gəlin toy axşamı həyat yoldaşına iki il əvvəl kənd sakini, 49 yaşlı Müsahib Vəliyev tərəfindən zorlandığını etiraf edib. Fırıldaqçı seyid qıza bir stəkan su adı ilə dərman içirərək, ona təcavüz edib.
Toyun səhəri günü şok xəbəri eşidən ailə üzvləri, habelə çoxsaylı kənd sakinləri bu günə kimi kənddə rast gəlinməmiş belə bir rüsvayçı olaya görə ayağa qalxaraq, “molla”nın evini mühasirəyə alıblar. Mənzilin şüşələrini sındırıb, daş-qalaq etsələr də, çölə çıxan olmayıb.

Molla adı altında bu kimi iyrəcliklərin törədilməsi ilə bağlı çoxsaylı faktlar var. Mollalarla yanaşı, dırnaqarası seyidlərin bəziləri də insanların inamından istifadə etməyə çalışır. Xüsusilə də, sonsuz qadınlar son pənah yeri kimi seyidlərin yanına gələrək onlardan şəfa diləyir. Vəziyyətdən istifadə edən seyid ya qadının namusuna göz tikir, ya da ondan külli miqdarda pul qoparır.

Metbuat.az-a açıqlama verən ilahiyyatçı Fuad Pənahlı məsələyə münasibətini bildirib:

“Ərəb dilindən tərcümədə ağa mənasını verən seyid sözü ehtiram əlaməti olaraq işlədilir. Dini termin kimi Həzrət Mühəmməd Peyğəmbərin ulu babası Haşimin nəslindən olanları seyid adlandırırlar. Xalq ənənəsində isə Peyğəmbə­rin nəslindən olanlar seyid sayılır. Bu gün dünyanın müxtəlif ölkələrində yüz milyonlarla seyid yaşayır. İslam dinində seyidlərə ehtiram göstər­mək buyrulur. Lakin ehtiram mənasını verən seyid sözü demək olar ki, bu gün öz mənasını müəyyən dərəcədə itirib. Mollara gəldikdə isə, onlar əvvəllər ağsaqqal kimi hörmət sahibləri sayılırdı. Bəzi dırnaqarası mollalar çalışmalıdır ki, əsl mollaların adına ləkə gətirməsin. Belə molla və seyidlərə qarşı ictimai qınaq işləməlidir”.


Şəmkirdə azyaşlı qızı dərmanla yuxuya verib təcavüz etdi - “Molla”, “Seyid” rüsvayçılığı… (Foto)

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi