veten informasiya agentliyi

Bakıda “təcili yardım”ın sürücüsü və tibb bacısı döyüldü - Foto

Tarix:25-04-2017, 10:56
Baxış Sayı:705

Bakıda “təcili yardım”ın sürücüsü və tibb bacısı döyüldü - Foto
















Paytaxtda Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb

Report-un verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, “103” çağrı mərkəzinə edilən zəng əsasında Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasına məxsus “təcili yardım” avtomobili Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sulutəpəyə yollanıb. Mənzil başına çatan stansiya əməkdaşları xəstənin yaxınları tərəfindən qarşılanıb. Ardınca onlar vurulan iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də sürücünü döyüblər.

Nəticədə 1958-ci il təvəllüdlü sürücü Hacıyev Rizvan Rüfət oğlunu və 1972-ci il təvəllüdlü tibb bacısı Həsənova Ləman Elman qızı hadisə yerinə çağırılan digər “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb.

Zərərçəkmişlər ilkin dindirilmə zamanı hadisə yerinə gecikdikləri üçün döyüldüklərini bildiriblər.

Hadisə yerində dünyasını dəyişən 1941-ci il təvəllüdlü İmanov Pirməmməd İman oğlu onkoloji xəstəlikdən əziyyət çəkib. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb.


Bakıda “təcili yardım”ın sürücüsü və tibb bacısı döyüldü - Foto

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi