veten informasiya agentliyi

Sökülən binanın sakinləri yolu bağladı - Yasamalda etiraz (Fotolar)

Tarix:25-04-2017, 09:37
Baxış Sayı:636

Sökülən binanın sakinləri yolu bağladı - Yasamalda etiraz (Fotolar)















Yasamal rayonu, Hüseyn Cavid prospektində bu dəqiqlərdə gərgin anlar yaşanır

Musavat.com xəbər verir ki, adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, bu gün, axşam saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə cəhd ediblər.

Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb. Sakinlərin musavat.com-a verdiyi məlumata görə, ərazini almaq istəyən “Olympus Park” yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri sökmək istəyir.

Əldə etdiyimiz məlumata görə, söküntü işlərini aparmağa gələn şəxslər həm sakinlərə, həm də çəkiliş aparmaq üçün əraziyə gələn jurnalistlərə daş atırlar və fiziki güc tətbiq edirlər.

Son dəqiqə aldığımız məlumata görə, artıq evlərdən biri tamamilə uçurulub. Mənzildən ev sahibləri heç bir əşyalarını çıxara bilməyiblər. Söküntü isə davam edir.

Sökülən binanın sakinləri yolu bağladı - Yasamalda etiraz (Fotolar)

Sökülən binanın sakinləri yolu bağladı - Yasamalda etiraz (Fotolar)

Sökülən binanın sakinləri yolu bağladı - Yasamalda etiraz (Fotolar)

10 nəfər tapılaraq ailələrinə təhvil verildi
10 nəfər tapılaraq ailələrinə təhvil verildi
Şübhəli bilinən şəxslər saxlanıldı
Şübhəli bilinən şəxslər saxlanıldı
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?