veten informasiya agentliyi

"Piter Elçin"in qardaşının qətlinin gizlinləri üzə çıxdı - Kriminal aləmdə yeni qovğa

Tarix:17-04-2017, 13:45
Baxış Sayı:629

"Piter Elçin"in qardaşının qətlinin gizlinləri üzə çıxdı - Kriminal aləmdə yeni qovğa




















Rusiyanın Sankt-Peterburq şəhərində Vüsal Əsgərov adlı Azərbaycan vətəndaşı həbs olunub

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Əsgərov kriminal aləmdə "Elçin Piterski” kimi tanınan Elçin İsmayılovun qardaşı Maarif İsmayılovun qətlini sifarişdə ittiham olunur.

Xatırladaq ki, keçən il iyunun 20-də keçmiş polis işçisi Emil Hüseynov Peterburqun "Sofiyskaya” meyvə-tərəvəz bazasında Maarif İsmayılovu odlu silahla qətlə yetirmişdi. Amma qatil uzağa qaça bilməmiş, bazardakı satıcılar tərəfindən tutularaq polisə təhvil verilmişdi.

Əsgərovun həbs bəzi məqamlara da aydınlıq gətirib. Yerli hüquq-mühafizə orqanlarındakı mənbə "Peterbuqskiy dnevnik”ə bildirib ki, Vüsal Əsgərov qətlin sifarişini Moskvadakı kriminal avtoritetlərdən birindən alıb.

Məlumata görə, əslində Maarif yox, qardaşı "Elçin Piterski” öldürülməliymiş. Amma killer Elçinin izinə düşə bilməyib. Bundan sonra plan dəyişib. Maarifin qətli gündəmə gəlib.

Mənbənin sayta dediyinə görə, bundan sonra Elçini Maarifin dəfnində aradan götürmək qərarına gəliblər. Amma bu dəfə də planı həyata keçirmək mümkün olmayıb. Əvəzində onun digər qardaşı öldürülüb.

10 nəfər tapılaraq ailələrinə təhvil verildi
10 nəfər tapılaraq ailələrinə təhvil verildi
Şübhəli bilinən şəxslər saxlanıldı
Şübhəli bilinən şəxslər saxlanıldı
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?