veten informasiya agentliyi

Evli kişi subay qadının həyatını məhv etdi - Azərbaycanda iyrənc hadisə

Tarix:14-04-2017, 15:10
Baxış Sayı:843

Evli kişi subay qadının həyatını məhv etdi - Azərbaycanda iyrənc hadisə















Yardımlı rayonunda törədilmiş qətlin təfərrüatı üzə çıxıb.

Telavar kəndində qətlə yetirilən Natavan Babayevanın 23 yaşı olub. O, təxminən 10 gün əvvəl itkin düşüb və ailəsi Natavanın yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Araşdırmalar nəticəsində məlum olub ki, N.Babayeva anası və 3 bacısı ilə birgə yaşayıb. Subay qadının bir müddət əvvəl 3 uşaq atası olan kənd sakini, 37 yaşlı Niyazi Təhməzovla münasibəti yaranıb. 10 gün əvvəl onlar kənd ərazisində heç kimin yaşamadığı evdə görüşüblər və burada aralarında mübahisə yaranıb. Mübahisə zəminində N.Təhməzov 23 yaşlı qadını boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədərək, heç nə olmamış kimi evinə qayıdıb.

Öldürülən qadının N.Təhməzovla münasibəti üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və meyiti gizlətdiyi yeri göstərib.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


///lent.az

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi