veten informasiya agentliyi

Xankəndinin və Kərkicahanın işğalından 28 il ötür…

Tarix:28-12-2019, 12:04
Baxış Sayı:813

Xankəndinin və Kərkicahanın işğalından 28 il ötür…


Bu gün Azərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik Kərkicahan qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.

Dağlıq Qarabağın mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə əslində 1989-cu ildən başlanıb. Burada yaşayan, işləyən azərbaycanlılar təqib edilib, zorla ev-eşiyindən qovulub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib.

İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə dəstələrindən, yeni yaradılmış polis və Milli Ordunun bir qrup əsgəri tərəfindən təşkil olunub.

Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.

1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin ermənilər tərəfindən işğalı başa çatıb.

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, 10 dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid 5 sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3 nəfər qadın, 2-si isə azyaşlı uşaq olub.

Dağlıq Qarabağdakı tarixi torpaqlarından didərgin düşən bütün soydaşlarımız kimi Xankəndindən olan məcburi köçkünlər də ağır günlər keçiriblər. Hazırda onlar respublikamızın 38 şəhər və rayonunda məskunlaşaraq Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə ediliblər. Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını prioritet olaraq müəyyənləşdirib. Bir neçə gün öncə Sumqayıtda açılmış qəsəbə bu kateqoriyadan olan 1000 ailənin mənzil-məişət şəraitinin yaxşılaşmasına imkan verəcək, beləliklə, indiyədək yeni ev və mənzillə təmin olunmuş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Dövlətimizin başçısı yeni ildə də bu sahədə mühüm tədbirlərin görüləcəyini bəyan edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıtda qəzalı və ağır binalarda məskunlaşmış məcburi köçkünlərlə bağlı işin sürətləndirilməsi üçün tapşırıq verib və onun icrasına nəzarət edir. (cebhe.info)

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azərbaycanda bu məhdudiyyətlər qüvvəyə mindi
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Azyaşlıların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyəti - VACİB DETAL
Nərimanov rayonunda yanğın baş verdi
Nərimanov rayonunda yanğın baş verdi
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Nazirlik küləkli hava ilə bağlı xəbərdarlıq etdi - Dənizə girməyin
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Maqnit qasırğaları kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ
Allah şəhidimizə rəhmət eləsin
Allah şəhidimizə rəhmət eləsin
BDYPİ sürücülərə müraciət etdi
BDYPİ sürücülərə müraciət etdi