veten informasiya agentliyi

Xırdalanda silahlı atışma: Bir ölü, bir yaralı

Tarix:31-03-2017, 09:38
Baxış Sayı:827

Xırdalanda silahlı atışma: Bir ölü, bir yaralı















Abşeronda kriminal aləmin adamlarının pul mübahisəsi zamanı atışma baş verib. Bir nəfər ölüb, digəri yaralanıb.

Yeniçağ.az-ın məlumatına görə, hadisə Xırdalan çəhəri 28-ci məhəllədə qeydə alınıb. Malik adlı şəxs makarov tipli tapançadan açdığı atəşlə Valehi baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib, onun tanışı 32 yaşlı Xəyal Oktay oğlu Paşayevi isə güllələyib. 3 güllə yarası alan Xəyal Paşayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Araşdırmalar zamanı məlum olub ki, hadisə borc pul üstə baş verib. Valehin tanışı ona müraciət edərək bildirib ki, Malik adlı şəxs ona olan borcunu qaytarmır. Valeh pulu alacağına söz verərək Maliki görüşə çağırıb. Valeh görüşə tanışı Xəyal Paşayevlə gəlib. Hər iki tərəf pul mübahisəsinə silahla gəlib.

Mübahisə zamanıda Malik üzərində olan silahla Valehin baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçmaq istəyən Xəyal Paşayevə atəş açıb. Atılan altı güllədən üçü Xəyala dəyib. Malik daha sonra hadisə yerini tərk edib. Dünyasının dəyişən Valehin əlində makarov tipli tapança olub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi