veten informasiya agentliyi

Xəzərdə faciə: Neftçilər estakadadan dənizə töküldü

Tarix:22-03-2017, 10:51
Baxış Sayı:734

Xəzərdə faciə: Neftçilər estakadadan dənizə töküldü















Bakı yaxınlığında yerləşən “Bahar” Əməliyyat Şirkətində baş vermiş qəza nəticəsində bir neftçi ölüb, 3 nəfər isə ağır yaralıdır.

İstiPress-in məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı öz “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması baş verib), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib.

“Hadisə Bahar ƏŞ -nə məxsus 409-cu özüldə baş verib. Özül köhnədir, əsaslı təmirə ehtiyac duyulur. Bu özüldə 4 quyu var. 409, 414, 415, 417. Verilən məlumatda işçilər Təmir Tikinti İdarəsində çalışırlar və iş günü olmamasına baxmayaraq onları həmin qəzalı vəziyyətdə olan özüldə təmir işlərnini aparılması üçün göndəriliblər. İşçilər özüldə olan iri dəlikdən dənizə düşüb”,- deyə Mirvari Qəhrəmanlı qeyd edib.

10 nəfər tapılaraq ailələrinə təhvil verildi
10 nəfər tapılaraq ailələrinə təhvil verildi
Şübhəli bilinən şəxslər saxlanıldı
Şübhəli bilinən şəxslər saxlanıldı
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?