veten informasiya agentliyi

Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA

Tarix:16-03-2017, 11:10
Baxış Sayı:907

Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA
















"Bakı Metropoliteni" baş verən hadisələrin təfərrüatını açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşazadə qeyd edib ki, özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib: "Əslində, hadisə yerində olan və ya zəng edən KİV nümayəndələrinə bütün açıqlama verilirdi. Amma yenə də nə baş verdiyini yazım. Nəzərə alın ki, bayaqdan hadisə yerində idim və buradan ünvanladığınız suallara cavab verə bilmirdim. Hazırda işdəyəm və sizə açıqlama verməklə məşğulam. 28 may və Gənclik stansiyaları arasında tüstülənmə müşahidə edilmişdi. Dərhal əməkdaşlarımız tunelə düşdülər ki, hadisənin baş vermə səbəbini aydınlaşdırsınlar. Təlimata uyğun olaraq da, dərhal FHN yanğından mühafizə xidmətinə və təcili tibbi yardıma müraciət olundu.

İki stansiyaarasındakı tunellərdə bir-birinə keçid tuneli var. Oradakı lövhədə kabellərdə qısa qapanma nəticəsində qızma baş vermişdi. Bunun nəticəsində naqillərin üstündəki təbəqə ərimişdi və tüstülənmə əmələ gəlmişdi. Qatarların hərəkəti nəticəsində və havalandırmaya görə tüstülənmə Gənclik və 28 may stansiyalarında da müşahidə edilirdi. Operativ tədbirlər nəticəsində hadisə aradan qaldırıldı. Sərnişinlər və qatarların hərəkəti üçün qısa müddətlik məhdudiyyət aradan qaldırıldı. İstər sərnişinlərin həyatına, istərsə də metropoliten əməkdaşlarının həyatına hər hansı problem yaranmayıb. Özünü pis hiss edən sərnişinlərə dərhal tibbi müdaxilə edilib və bütün sərnişinlər el diliyən desək öz ayaqları ilə metronu tərk ediblər".

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Ən çox turist bu rayona gedib
Ən çox turist bu rayona gedib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
16 yaşlı qız evində ölü tapıldı
16 yaşlı qız evində ölü tapıldı
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...
13 stomatoloq məsuliyyətə cəlb edildi
13 stomatoloq məsuliyyətə cəlb edildi