veten informasiya agentliyi

Ərəblərin azərbaycanlı köməkçiləri güllə yarası aldı - Şəkidə

Tarix:11-03-2017, 12:58
Baxış Sayı:824

Ərəblərin azərbaycanlı köməkçiləri güllə yarası aldı - Şəkidə














Şəkidə ov edən ərəb turistlərin azərbaycanlı köməkçiləri ehtiyatsızlıqdan yaralanıblar.

APA məlumata görə, martın 10-da axşam saatlarında Bərdə rayon sakini, 1978-ci il təvəllüdlü Ramin Sahib oğlu Babayev və Bakı şəhər sakini, 1983-cü il təvəllüqlü Ruslan Fərhad oğlu Axundov bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yarası ilə xəstəxanaya daxil olublar. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, bədən nahiyəsinə girmiş qırmaların bir qismi çıxarılıb. Ramin Babayev və Ruslan Axundov müalicələrinin və qırmaların qalanlarını çıxarılması ücün Bakı şəhərindəki müvafiq xəstəxanalardan birinə müraciət edəcəklərini bildiriblər. Bu səbəbdən onlar ilkin müayinədən sonra sərbəst buraxılıblar.

Şəki rayon ərazisində ov edən və Şəki saray otelində qalan ərəblərin sürücüsü Ramin Babayev və tərcüməçisi Ruslan Axundov hadisənin Şəki saray otelinin həyətində baş verdiyini bildiriblər. Onların sözlərinə görə, ərəb turistlərlə birlikdə ov edib otelə qayıtdıqdan sonra maşından ov tüfəngini götürən zaman tüfəng yerə düşüb. Tüfəng dolu olduğundan yerə düşən zaman qəfildən atəş açılıb və hər iki şəxs bədənin müxtəlif nahiyələrindən çoxsaylı qırma yaraları xəsarəti alıb.

Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Azərbaycan-Ermənistan sərhədində 3,8 ballıq zəlzələ oldu - Yenilənib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Türkiyə parlamenti 12 maddəlik qanun layihəsini qəbul edib
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Azərbaycanda ən bahalı ixtisaslar - SİYAHI
Bu ərazilər işıqsız qalacaq
Bu ərazilər işıqsız qalacaq
Dənizdə boğulma halları niyə artır?
Dənizdə boğulma halları niyə artır?
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
Yandırılaraq öldürülən ər-arvadın fotosu
Yandırılaraq öldürülən ər-arvadın fotosu